Bu gün qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Bu barədə Fövqalədə Hallar Nazirliyindən məlumat verilib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Zaqulba" sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.