Aİ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını dəstəkləyir - Toivo Klaar

21:50 - 19 İyun 2022 - SİYASƏT

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını və əməkdaşlığın əsasının qoyulmasını güclü şəkildə dəstəkləyir.

Bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter” səhifəsində yazıb.

Diplomat, həmçinin Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun olduğunu vurğulayıb.
“Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı bəyanatını oxumaqdan məmnun oldum: Ermənistanla müsbət dinamikanın ardınca “indi sülhün bərqərar olunmasının, əməkdaşlığın əsasının qoyulmasının” və “praktiki icraya keçilməsinin vaxtıdır”. Avropa İttifaqı bunu güclü şəkildə dəstəkləyir”, - deyə Klaar qeyd edib.///oxu.az

Xəbər xətti