SSRİ-nin dağılması müqaviləsini hazırlayan Gennadi Burbulis Bakıda vəfat etdi

19:58 - 19 İyun 2022 - HADİSƏ

1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirinin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Yeltsin Mərkəzinin icraçı direktorunun birinci müavini Lyudmila Telen Burbulisin Bakıda vəfat etdiyini bildirib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumətində sədrin birinci müavini vəzifəsində çalışıb. 
Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsinin yaxın adamı olub.

O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejskaya müqaviləsinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Xəbər xətti