51-ci bölgədə yadplanetlilər olub? - Klintondan ETİRAF

10:30 - 19 İyun 2022 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Bill Klinton 51-ci bölgəyə yadplanetlilərin olub-olmamasını öyrənmək üçün federal agentlər göndərdiyini etiraf edib.

Ucnoqta.az "TRT Haber"ə istinadla xəbər verir ki, o, bu barədə CBS telekanalında yayımlanan tok-şouda yadplanetlilər və 51-ci bölgə haqqında sualları cavablandırıb.

Klinton prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqəti üzə çıxarmaq üçün hər cür cəhd etdiklərini bildirib.
“Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur”, - ABŞ-ın keçmiş lideri əlavə edib.

Xəbər xətti