Müharibə başlayandan bəri Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı beş sui-qəsd cəhdi olub.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “The Globe and Mail”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, sui-qəsd cəhdləri fevralın sonu, martın əvvəllərində baş tutub.
Eyni zamanda, Danilov bu hallarla bağlı təfərrüatları açıqlamayıb.///Oxu.az