Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi oldu

20:22 - 18 İyun 2022 - DÜNYA

Rusiya ilə əsirlərin mübadiləsi nəticəsində işğalçılar tərəfindən qanunsuz saxlanılan daha 5 mülki şəxs Ukraynaya qayıdıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Əsir mübadiləsi “5-ə 5” prinsipi ilə baş tutub. Ukrayna tərəfi Rusiyadan 4 dinc sakini və 1 hərbçinin cəsədini geri alıb. Qaytarılan rusların isə hamısının hərbçi olduğu bildirilib.

Xəbər xətti