İranda qırıcı təyyarə qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin F-14 tipli təyyarəsi bu gün səhər qəzaya uğrayıb.
Qəzanın texniki nasazlıqdan baş verdiyi bildirilir.
Təyyarənin pilotu və onun köməkçisi yaralanıblar.
Onlar xəstəxanaya çatdırılıb.