Ukraynanın ən böyük neft emalı zavodu raketlə vuruldu

11:39 - 18 İyun 2022 - DÜNYA

Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində yerləşən neft emalı zavoduna 6 raket atılıb. Daha iki raket istilik elektrik stansiyasına düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Poltova Hərbi Administrasiyasının rəhbəri Dmitri Lunin teleqram səhifəsində məlumat yayıb.

O bildirib ki, Rusiyanın 6 raketi Kremençuq neft emalı zavoduna, 2 raket isə istilik elektrik stansiyasına düşüb, lakin işə düşməyib.

Dmitri Luninin sözlərinə görə, genişmiqyaslı müharibə zamanı Poltava vilayətinin bütün infrastrukturu arasında ən böyük hücumlara və dağıntılara Kremençuk neft emalı zavodu və istilik elektrik stansiyası məruz qalıb. 

Xəbər xətti