Lukaşenko Kiyevi raket zərbələri ilə hədələdi

21:33 - 17 İyun 2022 - DÜNYA

Belarus prezidenti Aleksandr Lukaşenka Amerikanın uzaqmənzilli (Smerç -RSЗО) raketlərinin Ukraynaya verilməsinə əsəbləşib.

Ucnoqta.az xəbər verir ki, Lukaşenko Ukraynanı rus hərbi bazasının yerləşdirdiyi Belarusun Qomel vilayətindəki Mozır şəhərinə hücum edəcəyi təqdirdə adekvat addım atacağı ilə hədələyib.

“BELTA”nın məlumatına görə, bu barədə o, Bobruiskdə “Belşina” zavodunun əməkdaşları ilə söhbəti zamanı bildirib.
O, deyib ki, Ukrayna Rusiyanın Kursk, Rostov, Belqorod şəhərlərini vurmaq üçün Qərbdən əlavə silah istəyir.

"Onlar başa düşəcəklər ki, Mozırı vursalar, biz Ukraynaya girmədən Kiyevi vuracağıq. Onlar bunu başa düşməlidirlər. Amma vurmaq üçün də nəsə lazımdır və bu bizdə var", - belarus diktator hədələyib.

Xatırladaq ki, hazırda ruslar Ukrayna şəhərlərinə raket zərbələri endirmək üçün Belarus ərazisindən istifadə edir.

Xəbər xətti