“Avroviziya-2023” Ukraynada keçirilməyə bilər

17:39 - 17 İyun 2022 - DÜNYA

Avropa Yayım Birliyi (EBU) “Avroviziya-2023” mahnı müsabiqəsinə Böyük Britaniyanın ev sahibliyi etməsi üçün BBC ilə müzakirələrə başladığını açıqlayıb.

Bu barədə “Report” “Independent” nəşrinə istinadən xəbər verir.

Bildirilib ki, hazırkı vəziyyət nəzərə alınaraq, Ukraynada “Avroviziya-2023” mahnı müsabiqəsi keçirilə bilməz. Səbəb bu ölkədə təhlükəsizliklə bağlı problemlərdir.

Qeyd edək ki, mahnı müsabiqəsinin Böyük Britaniyada keçirilməsi gözlənilir.

Xəbər xətti