"Rusiya heç kimə hücum etməyib, ukraynalılar ..." - Lavrov

23:53 - 16 İyun 2022 - DÜNYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkəsi Ukraynada heç kimə hücum etməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O bildirib ki, Ukrayna rejimi mülki əhaliyə və şəhərlərə hücum edir.

“Biz heç kimə hücum etməmişik. Ukraynada ruslara hücum etdilər. Başqa seçimimiz yox idi. Hakimiyyət bütün bunları dəfələrlə izah edib”,-deyə Lavrov vurğulayıb.
Lavrov onu da bildirib ki, Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir.

Xəbər xətti