Böyük Britaniya Patriarx Kirillə sanksiya tətbiq edib

15:11 - 16 İyun 2022 - DÜNYA

Böyük Britaniya Moskva və Bütün Rusiyanın Patriarxı Kirilli Ukraynadakı müharibəni dəstəklədiyi üçün sanksiya siyahısına salıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin Mətbuat Xidməti məlumat yayıb. Sanksiya siyahısına ümumilikdə 12 nəfər daxil edilib.

Onlar arasında Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belova da var.

Xəbər xətti