Dünya əhalisinin sayı artıb - STATİSTİKA

14:00 - 16 İyun 2022 - DÜNYA

Hazırda dünya əhalisinin sayı 7,9 milyard nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, ən çox əhalisi olan ölkələr Çin (1,449 milyon), Hindistan (1,405 milyard), ABŞ (334,6 milyon), İndoneziya (278,9 milyon) və Pakistandır (229 milyon).

Rusiya 146 milyon nəfərlə reytinqdə 9-cu yerdədir. Asiya regionunda 4,68 milyard, Afrikada 1,37 milyard, Avropada 748 milyon, Şimali Amerikada 597 milyon, Latın Amerikasında 434 milyon, Okeaniyada 43 milyon nəfər yaşayır.

1804-cü ildə dünya əhalisi ilk dəfə olaraq 1 milyardı keçib. 1930-cu ildə 2 milyardı, 1960-cı ildə 3 milyardı, 1974-cü ildə 4 milyardı, 1987-ci ildə 5 milyardı ötmüşdür.

Xəbər xətti