Sanksiyalara baxmayaraq Rusiyanın gəlirləri artır

13:33 - 16 İyun 2022 - DÜNYA

Rusiya əleyhinə çoxsaylı sanksiyalara və Avropa dövlətlərinin yanacaq almaqdan imtina etməsinə baxmayaraq, Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlər artır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Son üç ayda Rusiya neft və qaz satışından 93 milyard dollardan çox vəsait əldə edib. Bu məbləğin yarıdan çoxu neft satışından, üçdə biri isə qaz satışından əldə edilib. Nəşr qeyd edir ki, bu, xüsusən də Rusiyanın alternativ xammal alıcılarının (idxalçılarının) olması səbəbindən əldə edilib.

Analitiklər hesab edirdilər ki, neft və qazın yüksək qiymətləri səbəbindən Rusiyanın gəlirləri artır. Məsələn, 2022-ci ildə Rusiya yanacağının ixrac qiyməti 2021-ci illə müqayisədə 60%-dən çox bahadır.

 

Xəbər xətti