Dünyada nə qədər insan yazıb-oxuya bilmir?

09:59 - 16 İyun 2022 - DÜNYA

Dünyada 770 milyondan çox yetkin insan, o cümlədən 126 milyon gənc oxuya və yaza bilmir.

Bu barədə UNESCO-nun baş direktoru Odri Azule Mərakeşdə Böyüklər üçün Təhsil üzrə 7-ci Beynəlxalq Konfransda videobağlantı ilə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, yazıb-oxuya bilməyənlər 10 faiz təşkil edir, bunun da təxminən üçdə ikisi qadınlardır.

UNESCO-nun rəhbəri böyüklər üçün təhsilin bütün dünyada əlçatan olmasını təmin etmək üçün səyləri davam etdirməyə və bu istiqamətdə işi gücləndirməyə çağırıb.///oxu.az

 

Xəbər xətti