Ukrayna Rusiyanın içərisində generallar olan qərargahını vurdu

21:00 - 15 İyun 2022 - DÜNYA

Ukrayna silahlı qüvvələri Xarkov istiqamətində Rusiya ordusunun qərargahına zərbələr endirib. 

Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, qərargahda yüksək rütbəli zabitlər olub. 

Rus hərbçisinin audio yazısına əsasən məlum olub ki, qərargahda polkovnik və generallar var idi: "Qərargah yoxdur! Biz çətinliklə qaçdıq. Hamı ilə birlikdə idik: polkovniklər, generallar - hamı orada idi".

Xəbər xətti