Milyonerlər Rusiyadan qaçır

13:30 - 14 İyun 2022 - DÜNYA

2022-ci ildə Rusiyanı tərk edəcək dollar milyonerlərinin sayı 15 minə çatacaq (ümumi sayının təxminən 15%-i).

Ucnoqta.az xəbər verir ki, bu barədə New World Wealth-in məlumatlarında deyilir. Bu səbəbdən də Rusiya ilin sonunadək yüksək gəlirli şəxslərin xaricə axını üzrə liderliyə yüksələcək.. “Gözlənildiyi kimi, Rusiya son altı ayda milyonçuların ən böyük mühacirətini yaşadı”, - press-relizdə deyilir.  

Xatırladaq ki, Rusiyada dollar milyonerlərinin ümumi sayı 101 min nəfərdir.
Bu arada məlum olub ki, Dubayda daşınmaz əmlak alan rusların sayı artıb. Dubayda daşınmaz əmlak bazarının analiziylə məşğul olan şirkətlərin məlumatlarına görə, bu ilin birinci rübündə rusiyalı alıcıların payı 67 faiz artıb. Bildirilir ki, səbəb Qərb sanksiyalarının varlı rusiyalıları bir çox başqa ölkələrdə biznes qurmaq imkanından məhrum etməsidir.

"Betterhomes" rieltor şirkətinin məlumatına görə, Dubay bazarının ən fəal investorları reytinqində Rusiya yalnız dörd ölkədən - Britaniya, Hindistan, İtaliya və Kanadadan geri qalaraq 7-ci yerdən 5-ci yerə yüksəlib.

Ekspertlərin fikrincə, tezliklə Rusiya daha da irəliləyə və bəlkə də siyahıya başçılıq edə bilər. Bu, sonuncu sanksiyaların nəticələri hiss olunanda baş verəcək.

Dubaydakı mənbələr bildirirlər ki, bu yaxınlarda ev almış rusiyalılar arasında bir sıra tanınmış şəxslər, o cümlədən, iş adamı Roman Abramoviç də var.

Xəbər xətti