“Dağlıq Qarabağ məsələsinin delimitasiya ilə heç bir əlaqəsi yoxdur”.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibə verib. Paşinyan bildirib ki, Qarabağ məsələsi heç bir şəkildə delimitasiya komissiyası ilə bağlı deyil:
"Çünki dediyim kimi, bizim Azərbaycanla müxtəlif formatlarda ünsiyyətimiz var və onlardan biri də delimitasiya məsələsinə aiddir. Ermənistan-Azərbaycan dialoqunun ikinci istiqaməti İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması formatıdır. Üçüncü istiqamət regional nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasıdır. Amma təbii ki, regionda sülhün bərqərar olması üçün ən vacib məsələ Qarabağ məsələsidir.
Rusiya Ermənistanın strateji müttəfiqidir, lakin Azərbaycanla da çox yaxın münasibətlərə malikdir. Biz Rusiyanın üçtərəfli bəyanatın həyata keçirilməsində qarant rolunu görürük".