Türkiyədə zəlzələ olub

23:19 - 12 İyun 2022 - DÜNYA

Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, Bakı vaxtı ilə 21:35-də baş verən yeraltı təkanın ocağı 18,89 km dərinlikdə olub. Dağıntı və itkilər barədə hələlik məlumat verilməyib.

Xəbər xətti