Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini açıqladı

21:02 - 12 İyun 2022 - DÜNYA

Türkiyədə erkən prezident və parlament seçkiləri olmayacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.
“Seçkilərin tarixi bəllidir. Noyabr ayında seçki olmayacaq, gələn ilin iyun ayında keçiriləcək”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Cümhur İttifaqının namizədi kimi irəli sürüb.///oxu.az

Xəbər xətti