Putin MDB vətəndaşlarının pensiya hüquqları haqqında sazişi ləğv edib

21:28 - 11 İyun 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı haqqında sazişin denonsasiyası haqqında qanun imzalayıb. İmzalanan sənədə əsasən, Rusiya 2023-cü il yanvarın 1-dən etibarən MDB vətəndaşlarının təqaüd hüquqlarının təminatı üzrə sazişdən imtina edə bilər. Sənəddə həmçinin qeyd edilir ki, təqaüd hüquqlarına dair müqavilə köhnəlib və Rusiya MDB-dəki tərəfdaşları ilə pensiya ilə bağlı yeni ikitərəfli müqavilələrin və sazişlərin bağlanması üzərində işləyir. Məlumat üçün qeyd edək ki, saziş 1992-ci il martın 13-də Moskvada imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrin hər birinin vətəndaşları üçün pensiya hüququ müəyyən edilərkən keçmiş SSRİ ərazisində qazanılmış iş stajı nəzərə alınırdı. Bu saziş SSRİ-də iş təcrübəsi olmuş vətəndaşların maraqlarını tam təmin edib.///oxu.az

Xəbər xətti