Bulvarda Xəzərə axan tullantı yox, qrunt suyudur - ETSN

17:13 - 10 İyun 2022 - Cəmiyyət

"Bulvar ərazisində qrunt sularının sızması mütəmadi olaraq müşahidə edilir".

Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, əgər orada tullantı sularının axıdılması müşahidə edilərsə, bunun qarşısı alınır:

"Son günlər sosial şəbəkələrdə yayılan görüntülərə şərh olaraq demək istəyirəm ki, Bulvar ərazisində Xəzərə axan su qrunt suyudur. Bununla bağlı aidiyyəti üzrə laborator analizlər də götürülüb".///apa

Xəbər xətti