Bakıda şagird intihar etdi

15:31 - 10 İyun 2022 - Xəbər

Bakıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

16 yaşlı Rəşad Hüseyn oğlu Hüseynli yaşadığı evin qarşısındakı yarımtikilidə özünü asıb.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

R.Hüseynlinin məktəbli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti