Binə və Sədərəkdə əməliyyat keçirildi

13:51 - 10 İyun 2022 - Xəbər

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.

Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s. şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib.

Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.///qafqazinfo

Xəbər xətti