Rusiyada ikiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ

17:45 - 9 İyun 2022 - DÜNYA

Rusiyada 2 Azərbaycan vətəndaşının yerli xanımlarla nikahı məcburi qaydada ləğv edilib.

Hadisə Yamal-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Belə ki, ötən ilin yazında Azərbaycan vətəndaşları Noyabrskda yerli sakinlərlə nikaha girib.

Araşdırma zamanı soydaşlarımızın Azərbaycanda da evli olduqları üzə çıxıb. Nəticədə hər iki vətəndaşın nikahı qanunsuz elan olunub.

Bundan başqa, həmin Azərbaycan vətəndaşlarının Rusiyada müvəqqəti yaşamaq və işləmək icazəsi də ləğv olunub.///lent.az

Xəbər xətti