Rusiya xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilati XİN başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Ermənistana gedib.
Ucnoqta.az xəbər verir ki, Rusiya XİN başçısının səfər çərçivəsində Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşləri də nəzərdə tutulub.