Rusiya PUA-ların istehsalına hazırlaşır

22:35 - 7 İyun 2022 - DÜNYA

Rusiyada Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.
Məlumata görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına cair ilin ikinci yarısında başlanacaq. Ümumilikdə, layihənin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Mənbə həmçinin 2025-ci ildə işçi layihə sənədlərinin veriləcəyini və cihazların istehsalına hazırlıq işlərinə başlanılacağını qeyd edib.

Xəbər xətti