Ceyk Sallivan Hikmət Hacıyevlə görüşündə nədən danışdı?

20:02 - 7 İyun 2022 - SİYASƏT

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini müxtəlif üsullarla dəstəkləməyə və sıx əməkdaşlığa hazırdır.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü zamanı deyib.

C.Sallivan ABŞ-ın Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifaha sadiqliyini vurğulayıb. O, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasına yönəlmiş diplomatik səyləri yüksək qiymətləndirib.

O, Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilmiş danışıqlara dəstəyini bildirib və ABŞ-ın bu prosesi müxtəlif üsullarla dəstəkləməyə və sıx əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Xəbər xətti