Ukraynadakı əməliyyatın son 10 günü ərzində xaricdən gətirilən 51 hərbi texnika məhv edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində bildirib.
“Ukraynada xüsusi hərbi əməliyyatın son 10 günü ərzində 51 ədəd xarici hərbi texnika, o cümlədən 12 zirehli döyüş maşını, 21 155 mm-lik haubitsa, 2 reaktiv yaylım atəşi sistemi və 16 pilotsuz uçuş aparatı məhv edilib", - Rusiya MN rəhbəri qeyd edib.