Ukrayna, Rusiya və Türkiyə Odessa limanından taxıl ixracını razılaşdırıblar

14:33 - 6 İyun 2022 - DÜNYA

Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan Ukrayna gəmilərinin Odessadan çıxmasının ilkin sxemi barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaq, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər.

Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb. Türkiyə parlamentindən bildirilib ki, Ankara bu əməliyyatda iştirak edir, çünki onun üçün dünya ərzaq problemini həll etmək vacibdir.

Qeyd olunur ki, “yol xəritəsi” iyunun 8-9-da təsdiq olunacaq. Danışıqlarda BMT nümayəndələri də iştirak edəcək.

Bu təşəbbüs çərçivəsində 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması nəzərdə tutulur.

Xəbər xətti