Ukraynada 103 gün davam edən genişmiqyaslı müharibədə Rusiya ordusu 31 min 250-yə yaxın hərbçisini itirib.
Ucnoqta.az xəbər verir ki, təkcə son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri ən azı yüz rus işğalçısını məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib. Düşmən son sutka ərzində ən böyük itkiləri Slavyansk istiqamətində verib.
Daha əvvəl məlum olub ki, Vaqner PMC-dən olan "əfsanəvi" Buryat cəlladı Ukraynada ləğv edilib.