BMT Ukraynada araşdırmalara başlayır

19:38 - 4 İyun 2022 - DÜNYA

BMT-nin Ukraynadakı pozuntuları araşdıran Müstəqil Beynəlxalq Komissiyasının komissarları iyunun 7-dən 16-dək ölkədə ilk missiyasını həyata keçirəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

“Komissarlar insan hüquqlarının mümkün pozuntuları və təqibləri araşdırmaq, beynəlxalq humanitar hüququn pozulması barədə ilk mənbədən məlumat əldə etmək, habelə zərərçəkənlərlə görüşmək və Ukraynanın bir sıra şəhərlərinə, xüsusilə Lvov, Kiyev, Xarkov və Sumıya səfər etmək niyyətindədirlər”, - məlumatda qeyd olunub.

Xəbər xətti