Azərbaycana qarşı qərəzli məlumatlar yayan rus saytı bloklandı – FOTO

00:16 - 4 İyun 2022 - Xəbər

Rusiyanın “RİA Novosti” dövlət xəbər agentiliyi Azərbaycan Respublikasında bloklanıb.

Ucnoqta.az xəbər verir ki, ölkə ərazisində sözügedən agentliyin saytına girmək mümkün deyil.

Zaman-zaman Azərbaycana qarşı qərəzli informasiyalar və təxribat xarakterli məlumatların yayımlandığı agentlikdə bu gün bu səpkidə daha bir neçə xəbər yayımlanıb.
Qeyd edək ki, saytın bloklanmasının səbəblərindən biri kimi qondarma, mövcud olmayan “DQR”lə bağlı xəbərlərin yayılması ehtimal olunur.


Xəbər xətti