Tanınmış vəkil polis şöbəsində zorakılığa məruz qaldı
13:54 - 3 İyun 2022 - Xəbər
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılğa məruz qalıb.
Bu barədə "Report"a vəkilin özü məlumat verib.
O bildirib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb:
"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram".