OPEC+ ölkələrinin nazirləri iyul və avqust aylarında gündəlik neft hasilatını 648 min barel artırmaq barədə razılığa gəliblər.
OPEC-in saytında dərc olunan yekun kommünikedə qeyd olunur ki, alyans üzvləri sentyabr ayı üçün gündəlik 432 min barel neft hasilatı kvotasını iyul və avqust ayları üzrə bərabər şəkildə bölüşdürmək qərarına gəliblər. Beləliklə də, növbəti iki ay ərzində hasilatın həcmi 648 min barel/gün təşkil edəcək.
Bundan əlavə, görüşdə hasiliat həcmini kifayət qədər azaltmayan borclu ölkələr üçün kompensasiya müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.
Qeyd edək ki, OPEC+ nazirlərinin növbəti iclası iyunun 30-da baş tutacaq.