Sərnişinlərin DİQQƏTİNƏ: Bakıda bir marşrut üzrə gediş haqqı AZALDILDI

12:49 - 1 İyun 2022 - Cəmiyyət

132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı azaldılıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, “Əhmədli” m/s - Hövsan qəsəbəsi üzrə hərəkət edən avtobuslarda gediş haqqı sabahdan etibarən “BakıKart” vasitəsilə ödəniləcək. Əlavə olaraq məlumatda qeyd edilib ki, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən edilib. Əvvəl bu qiymət 0.40 AZN idi.

Xəbər xətti