Toivo Klaar yaxın günlərdə Azərbaycana səfər edəcək

06:00 - 1 İyun 2022 - SİYASƏT

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın günlərdə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər edəcək. Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin mətbuat katibi Barend Leyts bildirib. Səfər Ermənistanla Azərbaycan arasında sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində danışıqların, gələcək sülh müqaviləsi üzrə müzakirələrin davam etdirilməsi, Aİ-nin tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə dəstəyi çərçivəsində baş tutacaq.

Xəbər xətti