Xarici işlər naziri Çavuşoğlu Fransa və Almaniyanın Ankara səfirlərinin PKK-nın bu ölkələrdə təşkil etdiyi nümayişlərə görə nazirliyə çağırıldığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində söyləyib.
"Daxildə və xaricdə, Suriyada, harada olursa olsun terror təhlükəsini təmizləmək bizim borcumuzdur" - Çavuşoğlu deyib.