Rusiya Federasiyasının ordusu Severodonetsk və Baxmut istiqamətlərində hücum əməliyyatları aparır, Limanskidə hücuma hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
"Limanski istiqamətində düşmən yenidən qruplaşır və hücuma hazırlaşır. Liman yaşayış məntəqəsi ərazisində dahada irəliləmək üçün kəşfiyyat həyata keçirməyə cəhd edib, lakin itki verərək geri çəkilib", - məlumatda deyilir.
Severodonetsk istiqamətində işğalçılar Severodonetsk və Toşkovka yaşayış məntəqələri ərazilərində hücum əməliyyatları aparırlar, döyüşlər davam edir.
Baxmut istiqamətində rus qoşunları Zolotoe, Kamışevaxa, Nırkovoe, Berestovoe, Pokrovskoe, Dolomitnoe yaşayış məntəqələri ərazilərində döyüş və hücum əməliyyatları aparsalar da uğur əldə edə bilməyiblər, döyüşlər davam edir.
"Donetsk istiqamətində düşmən döyüş xətti boyunca minaatanlardan, top artilleriyasından və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək qoşunlarımızın bölmələrini atəşə tuturlar. Əsas səylər Severodonetsk şəhəri üzərində nəzarətin ələ keçirilməsinə yönəlib. Elektron müharibədən fəal şəkildə istifadə edilir", -məlumatda deyilir.