Aİ Rusiyanın məşhur bankını SWIFT-dən ayırdı

07:41 - 31 May 2022 - DÜNYA

Avropa İttifaqı ölkələri Rusiyaya qarşı 6-cı sanksiya paketi çərçivəsində ölkənin əsas maliyyə qurumlarınan olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəlib. APA-nın xəbərinə görə, qərar Aİ liderlərinin Brüsseldə keçirilən görüşündə qəbul edilib.“Sanksiyalar paketi Rusiyanın ən böyük bankı olan “Sberbank”ın SWIFT-dən kənarlaşdırılması kimi ciddi tədbiri də nəzərdə tutur” - deyə Aİ Şurasının Prezidenti Şarl Mişel bəyan edib. Qeyd edək ki, daha əvvəl Rusiyanın 7 bankı SWIFT-dən kənarlaşdırılmışdı.

Xəbər xətti