Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Gürcüstanın paytaxtı Tbilisinin iki əsas simvolu - televizya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Aksiya 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Axşam saatlarından etibarən 275 metrlik teleqüllə və Kür çayı üzərindəki şüşəli piyada körpüsü yaşıl, qırmızı və göy rənglərlə işıq saçmağa başlayıb.

Azərbaycan bayrağının rənglərinə boyanmış teleqüllə və “Sülh körpüsü” Tbilisinin axşam mənzərəsinə xüsusi gözəllik qatıb. Mənzərəni mərkəzi Rike parkdan Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları da izləyib.

Tarix
28 May 2022 [21:38]
Müəllif
Üç nöqtə
2022-05-28 21:38:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin