Peyvənd olunanların sayı açıqlandı

16:56 - 28 May 2022 - Xəbər

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 597 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 349, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 235, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 812, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 201 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 721 257, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 500, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 697, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 279 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 245 642 nəfər təşkil edir.

 


Xəbər xətti