Bayram günlərində Bakıda hava yağmursuz keçəcək

Mayın 28-i saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit olub, yağmursuz keçib.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Havanın temperaturu mayın 27-də Bakıda iqlim normasından 2.0° aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 21-25° isti, Naxçıvan MR-da 24-29° isti, dağlıq rayonlarda 19°-dək isti, aran rayonlarında 25-29° isti olub.

İstirahət və bayram günlərində Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub istiqamətli külək əsəcək.

Əksər rayonlarda da temperaturun yüksələcəyi, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimal olunur.

May ayının sonunadək əksər rayonlarda temperaturun yüksələcəyi, hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağıntılı olacağı, dolu düçəcəyi ehtimalı var.

 

Tarix
28 May 2022 [13:36]
Müəllif
Üç nöqtə
2022-05-28 13:36:30
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin