Türkiyə MN Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib

13:18 - 28 May 2022 - Xəbər

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib.

Türkiyə MN-in “Twitter“ hesabındakı paylaşımda deyilir:

“Sən bizimsən, bizimsən durduqca bədəndə can,

Yaşa, yaşa, çox yaşa ey şanlı Azərbaycan!

Azərbaycan Türkü qardaşlarımızın 28 May - Müstəqillik Günü mübarək olsun. “Tək Millət, İki Dövlət” anlayışı ilə hər zaman bir və bərabər olmağa davam edəcəyik”.

 

Xəbər xətti