Mayın 28-29-u Bakı metropoliteninin "Bakmil" stansiyasına və əks istiqamətə qatarların hərəkəti iş günləri cədvəli üzrə həyata keçiriləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir.
“Qeyd olunan günlərdə metropolitendə qatarlar adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə hərəkət edəcəyindən bu istiqamətlər üzrə iş günləri cədvəli qüvvədə olacaq”, - məlumatda bildirilir.
Tarix
27 May 2022 [17:30]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin