Gəncədə sərnişin mikroavtobusu piyadanı vuraraq öldürdü

10:30 - 27 May 2022 - HADİSƏ

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, Atatürk prospektində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü Ruslan İbrahimzadəni mikroavtobus vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti