14 ədəd yeni hücum təyyarəsi Ukraynaya çatdı

16:18 - 26 May 2022 - DÜNYA

Ukrayna Şərqi Avropadan olan tərəfdaşlardan 14 ədəd hücum və hava dəstək təyyarəsi olan “Su-25” tipli döyüş təyyarəsi alıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, “Su-25” tipli hücum təyyarəsi gecə və gündüz saatlarında döyüş meydanında quru qoşunların birbaşa dəstəklənməsi, həmçinin istənilən hava şəraitində və günün istənilən saatında ona ötürülmüş koordinatların məhv edilməsi üçün nəzərdə tutulub.///oxu.az

Xəbər xətti