Naxçıvanda 9-cu sinifdə oxuyan qız İNTİHAR ETDİ

14:14 - 26 May 2022 - HADİSƏ

Naxçıvanda intihar hadisəsi olub.

Hadisə Şərur rayonu, Ələkli kəndində qeydə alınıb. Kənd sakini Röya Əsədova yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Qeyd edək ki, Röya kənd məktəbinin 9-cu sinfində təhsil alırmış.

İntiharın hansı səbəbdən baş verməsi bilinmir.

Faktla bağlı araşdırma aparılır.///lent.az

Xəbər xətti