Bakıda keçmiş həyat yoldaşının evində insident törədən kişi həbs edilib.
Mayın 23-ü Füzuli rayon Qacar kənd sakini, 1976-cı il təvəllüdlü Fikrət Səmədov (ad-soyad şərtidir) Xətai rayonunda yaşayan eks-həyat yoldaşının evinə gələrək münaqişə yaradıb. Bu zaman sərxoş vəziyyətdə olan şəxsin kiçik oğlu atasının qarşısına çıxaraq evi tərk etməsini istəyib, əks təqdirdə onu öldürəcəyi ilə hədələyib. F. Səmədov isə üzərindəki bıçağı oğlu Fəridə verərək onu öldürməsini tələb edib.
Hadisənin qanla bitəcəyindən qorxan F.Səmədovun keçmiş xanımı polisə müraciət edib. Ünvana gələn polis əməkdaşları Fikrət Səmədovu ərazi üzrə 34-cü Polis Bölməsinə apararkən o, müqavimət göstərib.
Daha sonra həmin şəxs bölməyə aparılaraq onun barəsində inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə F. Səmədova 10 sutka inzibati həbs cəzası verilib.///qafqazinfo