Sabirabadda qatarın vurduğu şəxs ölüb.
APA-nın xəbərinə görə, kimliyi məlum olmayan şəxs Salyan Mərkəzi rayon xəstəxanasında keçinib.
16:19
Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda qatarın vurduğu şəxslə bağlı məlumat yayıb.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, 25.05.2022-ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.
Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.
14:23
Sabirabadda qatar bir nəfəri vurub.
Hadisə Sabirabad rayonunun Çiçəkli kəndində qeydə alınıb. Ərazidən keçən dəmir yolunda qatar yolu keçmək istəyən şəxsi vurub. Kimliyi məlum olmayan şəxs komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Dəmir yolu nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.///apa